Yuxarı

İki aylıq hamilə qadının ölüm səbəbi – Həkim səhvi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki aylıq hamilə qadının ölüm səbəbi – Həkim səhvi

Gəncə şəhərində hamilə qadın əməliyyat zamanı dünyasını dəyişib.

Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxananın Ginekologiya şöbəsinin müdiri Məhəbbət Məmmədova Azvision.az-a açıqlamasında bildirib ki, 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova iki aylıq hamilə olub.

Onun sözlərinə görə, hamilə qadın xəstəxanaya tam huşsuz, təzyiq "0" vəziyyətində gətirilib.

"Qadın haqqında məlumatları ancaq yaxınları verib. Məlum olub ki, Aynur Oktay qızı Kərimova 5 gün əvvəl hamilə olub-olmadığını öyrənmək üçün Dəmiryol Xəstəxanasına müraciət edib. Orda baxılıb və bildirilib ki, uşaqlıq boşdur. Evə getdikdən sonra vəziyyəti pisləşsə də, həyat yoldaşı həkimə aparmayıb və bildirib ki, "həkimdən çox bilməyəcəksən ki, hamilə deyilsən". Sonda baldızı onu başqa xəstəxanaya aparmağı bildirib. 5 gündən sonra bizə gətiriləndə vəziyyəti çox pis idi. Qəbuldan birbaşa reanimasiyaya qaldırılıb. Ürəyi dayanmışdı, masaj və iynələrlə özünə gətirilib əməliyyat etdik".

M.Məmmədovanın sözlərinə görə, hamilə qadın 3 litr qan itirib: "Biz ona qan köçürtdük, əməliyyat etdik, amma sonra onu ayıltmaq mümkün olmadı. Onun iki azyaşlı körpəsi var".

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.

Tarix
2016.06.03 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla