Yuxarı

Sumqayıtda hamilə qadınlar üçün məktəb açıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda hamilə qadınlar üçün məktəb açıldı

Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, "Təhlükəsiz doğuş"a psixoprofilaktik hazırlanır.

Valideynlər məktəbində məşğələlər həftədə bir dəfə müntəzəm surətdə aparılır. Məşğələlərdə hamilə qadınlarla bərabər həyat yoldaşları və ailə üzvlərindən olan şəxslər iştirak edirlər.

Məşğələlər zamanı eyni zamanda, hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir.

Hamilə qadının həyat tərzinin dəyişdirilməsi, açıq havada gəzinti, düzgün qidalanma, gigiyenik qulluq (dəriyə, dişlərə və s. bədən üzvlərinə) barədə məsələlər xüsusilə vurğulanır.

Sonrakı məşğələlərdə doğum evinə hazırlıq, doğuşda əməkdaşlığın rolu, doğuş əlamətləri, doğuş və ondan sonrakı dövr haqqında ətraflı məlumat verilir.

Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə (xüsusən abortların azaldılması, kontraseptiv vasitələrdən istifadə) xüsusi diqqət verilir.

Bu məşğələlər zamanı ayda bir dəfə hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin rolunun əhəmiyyəti barədə məlumat verilməsi üçün psixoloq dəvət olunur.

Tarix
2016.06.08 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla