Yuxarı

Dəyirmi masa: Çimərliklərdə təhlükəsizlik tədbirləri... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəyirmi masa: Çimərliklərdə təhlükəsizlik tədbirləri... - Foto

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az FHN-ə istinadla xəbər verir ki, “Dəyirmi masa”da nazirliyin regionda fəaliyyət göstərən struktur bölmələrinin nümayəndələri, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbir zamanı FHN Şimal Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şimal regionu üzrə Kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən region üzrə çimərliklərdə və digər sututarlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərinin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar edilmiş nöqsanlar, maarifləndirmə işinin vəziyyəti və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.

Tədbirdə həmçinin regionda fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Tarix
2026.07.20 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkmənistana səfər etdi

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla