Yuxarı

Bir və “UnionPay” tərəfdaşlığı ilə beynəlxalq ödəniş imkanları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir və “UnionPay” tərəfdaşlığı ilə beynəlxalq ödəniş imkanları...

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində “UnionPay” kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.

Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq “UnionPay” kart sahibləri Bir ekosisteminə daxil olan Birbank-ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.

Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da “UnionPay” kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də “UnionPay” kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından sonra Bir ekosistemi “UnionPay” kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.

Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.

Bir-in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: “Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. “UnionPay”lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".

Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan “UnionPay International”ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: “Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq”.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Tarix
2026.07.20 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla