Yuxarı

“Dolu” filminin yaradıcıları ilə görüş – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dolu” filminin yaradıcıları ilə görüş – Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüş təşkil edilib.

Kult.az xəbər verir ki, Aqil Abbasın “Dolu” romanı əsasında onun ssenarisi ilə kinorejissor Elxan Cəfərovun çəkdiyi filmin nümayişi Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə olub.

Tədbiri Kollecin direktoru Qulu Novruzov açaraq qonaqları salamlayıb, mədəniyyətin təbliğat vasitəsi olaraq gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rolundan bəhs edib.

Sonra kollecin müəllim və tələbə heyətinə film nümayiş olunub. Nümayişdən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin şərəfli səhifəsi kimi dəyərləndirib. O bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini və əzmini göstərməklə işğal altında olan torpaqlarımızı qısa zaman ərzində azad etmək iqtidarında olduğumuzu bir daha təsdiqləyib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

O.Səmədov tələbələrə Fondun təşkilatçılığı ilə Pedaqoji Kollecdə yaradılmış Tələbə Dram Dərnəyi ilə bağlı məlumat verib. İcraçı direktor bildirib ki, dərnək üzvlərinin əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirəcəkləri tamaşalar ali təhsil müəssisələrində, regionlarda fəaliyyət göstərən Bilik evlərində də nümayiş olunacaq.

Sonra “Dolu” filminin yaradıcı heyəti – ssenari müəllifi Aqil Abbas, əsas rolların ifaçıları Məmməd Səfa, Rza Rzayev, Şamil Süleymanov, Elvin Əhmədov, Cavanşir Hadıyev müəllim və tələbələrin filmlə bağlı suallarını cavablandırıblar. Sonda tələbələrə Aqil Abbasın kitabları paylanıb.

Tarix
2017.04.06 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

İşdən çıxarılan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla