Yuxarı

Millət vəkili tənqid etdi, rejissorlar dilə gəldi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili tənqid etdi, rejissorlar dilə gəldi

Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin aprelin 5-də keçirilən iclasında çıxışı zamanı film və serialların, eləcə də telekanalların səviyyəsinin aşağı olduğunu deyib.

O, telekanalları tənqid etməklə yanaşı, öz maraqlı ideyalarını irəli sürərək, problemdən çıxış yollarını göstərib:

“Telekanallarımız öz səviyyələrini yüksəltmək, artırmaq üçün müəyyən addımlar atırlar, ancaq bu işlər istənilən və arzulanan səviyyədə deyil. Çatışmazlıqlar çoxdur. Onların öz üzərində işləməsi lazımdır. Mən xüsusilə, telekanallarda gedən serialların səviyyəsindən çox narazıyam. Çox zaman həmin serialların Azərbaycan milli mentalitetinə cavab vermədiyi özünü aydın şəkildə göstərməkdədir. Belə seriallardansa, tarixi şəxsiyyətlərimizə, qəhrəmanlarımıza aid olan filmlər, seriallar çəkilsəydi, daha məqsədəuyğun olardı. Çünki məhz belə filmlərə və seriallara ehtiyacımız var. Məsələn, Ağa Məhəmməd Şah Qacar haqqında filmin və ya serialın çəkilməsi çox gərəkli olardı. Hesab edirəm ki, telekanallarımız bunları - səslənən təklif və iradları özfəaliyyətlərində nəzərə almalıdırlar”.

Kult.az millət vəkilinin bu çıxışı ilə bağlı tanınmış rejissorlarımızın fikirlərini öyrənib.

Rejissor Elxan Cəfərov yaxşı film və serialların çəkilməsi üçün peşəkar kadrlara ehtiyac olduğunu bildirib:

“Əlbəttə, maliyyə çatışmazlığı var, amma bu, heç kimin günahı deyil. Bizim ölkədə o qədər adam da yoxdur ki, böyük izləyici kütləmiz olsun və nəticədə böyük pullar qazanaq. Ona görə də dövlət tərəfindən maddi dəstəyə ehtiyac var və dövlət da bunu göstərirlər. Ancaq əsas maddi kömək pulu gətirib birbaşa verməkdə deyil. Məncə, pulu peşəkarların yetişməsinə ayırmaq, gəncləri ixtisasları üzrə oxutmaq lazımdır. Hazırda təəssüflər ki, keyfiyyətsiz işlərin başlıca səbəbi zəif kadrların olmasıdır. Amma yenə də görürəm ki, gənclər var, öz imkanları ilə nəsə etməyə çalışırlar. Bu özü də sevindirici halıdır”.

Rejissor Cavid Təvəkkül də istedadlı, savadlı mütəxəssislərin vacibliyinə diqqət çəkib:

“Dövlət tərəfindən pul ayrılması çox gözəl hadisədir. Amma serial və filmlərin yaxşı keyfiyyətdə olması üçün təkcə pula yox, həm də yaxşı mütəxəssislərə ehtiyac var. Ona görə də düşünürəm ki, prodakşnlarla əməkdaşlıq etmək lazımdır. Gücü bir yerə qoyub, yaxşı bir iş ərsəyə gətirmək olar”.

Rejissor Yaşar Əhmədov serial sektorunun yenicə formalaşdığını xatırladıb:

“Düşünmürəm ki, seriallarımız o qədər də keyfiyyətsiz vəziyyətdədir. Düzdür, yerli seriallar yeni-yeni çəkiləndə bizə dövlət tərəfindən bir miqdar büdcə ayrıldı. Amma büdcə azdır deyə, heç vaxt hökuməti qınamaq olmaz. Çünki bu iş kommersiya sahəsidir və bu sahədə özün işləyib, özün də qazanmalısan. Ona görə də hökumət bizə az pul ayırır deyib, narazılıq etmək olmaz. Bizim serialların da öz izləyici kütləsi var. Əlbəttə, bu, Türkiyəyə nəzərən çox azdır, çünki onların 80 milyon, bizim isə 9 milyonluq əhalimiz var. Həm də ki, onlarda olan avadanlıqlar bizdə yoxdur. Nəzərə alaq ki, onlarda serial sektoru çoxdan var, biz də isə yeni-yeni formalaşır”.

Rejissor Kənan M.M isə avadanlıqların yetərli olmamasına diqqət çəkib:

“Bizə ciddi dəstək olsalar, hər şey yaxşı olar. İstedad baxımından heç də Türkiyədən geri qalmırıq. 70-ci illərdə Azərbaycanda ciddi filmlər çəkiləndə Türkiyə “Şaban”ın filmlərini çəkirdi. Yetərincə dəstək olsa, bizdə də o avadanlıqlardan, şəraitdən olsa, daha yaxşı filmlər çəkərik”.

Rejissor Samir Kərimoğlu film, serial sektorunun inkişaf prosesində olduğunu deyib:

“2006-cı ildən bəri hər il film və serial sektoruna dövlət tərəfindən maliyyə ayrılır. Bir il çox olur, bir il az. Bu il müəyyən qədər az oldu, amma yenə də var, bu, yaxşı haldır. Bilirsiniz, əsas məsələ maliyyə deyil. Yaxşı serial və filmlərin ərsəyə gəlməsi üçün yaxşı pavilyonlar, peşəkar texniki heyət olmalıdır. Bunun üçün də uzun müddətə ehtiyac var. Düşünürəm ki, bu sektorda hər şey yaxşılığa doğru gedir”.

Tarix
2017.04.06 / 16:34
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla