Yuxarı

Tanınmış rejissor efirdə ağladı: “Anamı tapanda…”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış rejissor efirdə ağladı: “Anamı tapanda…”

Heç o zaman bu münasibətlərin fərqində deyildim.

Kult.az xəbər verir ki, bu sözləri rejissor Mehriban Ələkbərzadə ailəsi haqda "Ömrün fəsilləri" verilişində danışarkən deyib. O, anasından qayğı görmədiyini bildirib:

"Atamla dost idik. Münasibətimiz çox gözəl idi. Anaya deyilməli şeylər ataya deyilirdi. Hətta ilk sevgimə qədər atama danışmışam. Anam daha çox oğlunu istəyirdi. Qardaşım məndən 2 yaş böyük idi. Anam mahiyyət etibarilə özünü onda tapmışdı. Orta məktəbə gedəndə daha çox sığal mənə çəkilməli, mənim hazırlaşmama kömək edilməli idi, amma ona daha çox diqqət ayrılırdı. Mən qalırdım bir tərəfdə. Onu orta məktəbdən gətirib əynini dəyişdirir, musiqi məktəbinə aparırdı. Mən yenə qıraqda qalırdım. Mənə daha çox atam diqqət göstərirdi. Atam da işdən mənə görə tez gəlirdi. Daha çox atamla nəfəs alırdım. Heç o zaman bu münasibətlərin fərqində deyildim. Müəyyən zaman sonra atamla dostluq münasibətlərim dayanmağa başladı. Anamı içimdə tapanda artıq anam yox idi. Bu gün daha çox anama ehtiyac duyuram. Anam xəstə yatdı. Xəstə yatanda başa düşdüm ki, mən ona lazımam. Allah imkan verdi ki, onun sevgisini gördüm. Bir stimul var ki, o dünyada valideynlərinlə görüşəcəksən. Bu dünyanın ən böyük ayrılığını yaşayırsan. İnanıram ki, onları mütləq görəcəyəm".

Tarix
2017.04.11 / 17:32
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla