Yuxarı

Moskvada Qarabağ atları haqqında film... - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Qarabağ atları haqqında film... - Foto

Yanvarın 29-da Moskvanın Mərkəzi İppodromunda “Datse” qisametrajlı bədii filminin təqdimatı keçirilib.

Kult.az Report-a istinadən xəbər verir ki, tədbirin əsas məqsədi Qarabağ atları cinsinin qorunub saxlanılması və inkişafı, habelə işgüzar elitanın bu mühüm missiya üçün birləşməsi olub.

Filmin süjet xətti latviyalı rəssam Datse Ştrausun Azərbaycanın rəmzlərindən biri hesab edilən azadlıqsevər və zərif Qarabağ atlarına olan sevgi hekayəsinə əsaslanır.

Filmin rejissorları Anar Ömərov və Ava İsmayılova, prodüserləri isə İlqar Səmədov və Batır Matakayevdir.

Rejissor Ava İsmayılovanın sözlərinə görə, filmin yaradıcılarının qarşısında müxtəlif dövrlərdən olan üç qəhrəmanı təqdim etmək dayanırdı. Bu qəhrəmanlardan biri müharibədən əvvəlki dövrdə Qarabağ atlarını xatırlayan və bir müddət sonra onların artıq vətənlərində olmadığını başa düşən Yaşardır. “Bütün bunları çəkmək biraz vaxt aldı. Amma bunu bacardıq – “Datse” adlı öz filmimizi yaratdıq. Filmin adı ilə bağlı bir çox təklifimiz var idi, ancaq onun Qarabağ atlarını çəkən sənətkarın adı ilə əlaqələndirilməsinə qərar verdik”, - o bildirib.

Filmdə azərbaycanlı və rusiyalı aktyorlar rol alıblar. Çəkilişlər həm Rusiyada, həm də Azərbaycanda aparılıb. Film bədii, oynaq xarakterli olsa da, real hadisələrə əsaslanır - əsas qəhrəman Azərbaycana ilk dəfə səfər edərək Qarabağ atlarının, demək olar, tərk edilmiş fermasında yenidən ilhamlanır.

Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə Qarabağ atları nəsli tükənmək üzrə olduğundan və çətin dövrünü yaşadığından belə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. “Bildiyiniz kimi, Qarabağ atları 2019-cu ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Moskvada keçirilmiş “Equiros” adlı beynəlxalq sərgidə təqdim olunub. Bu təqdimat böyük maraqla qarşılandı. Film çəkmək fikri də, demək olar ki, oradan yarandı”, - təşkilatçı bildirib.

İzləyicinin ekranda görəcəyi Qarabağ atları fərdi at yetişdirən Yaşar Quluzadəyə məxsusdur. O, 22 ildir bu cinsin artımı ilə məşğul olur. Məhz Yaşar Quluzadə latviyalı xanım rəssam Datse Ştraussu ilk dəfə Dağlıq Qarabağdan gələn minmə atlarla tanış edib

Tarix
2021.01.30 / 20:00
Müəllif
Kult.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla