Yuxarı

TRT Qarabağla bağlı film hazırlayır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT Qarabağla bağlı film hazırlayır

TRT Qarabağla bağlı sənədli film hazırlayır.

Kult.az xəbər verir ki, bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren “Yeni Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində “TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.

TRT-nin Baş direktoru “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: “Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.

İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: “Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.

“Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.

Tarix
2021.05.08 / 22:31
Müəllif
Kult,az
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla