Yuxarı

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Azərbaycan 2022-ci ildən bəri humanitar yardım, yenidənqurma işlərində iştirak, ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla, Ukraynaya 40 milyon dollardan çox dəstək göstərib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların reabilitasiya proqramı davam edir.

Hikmət Hacıyev Azərbaycanın Ukrayna münaqişəsinin hərbi komponentində iştirak etmədiyini və gələcəkdə də etməyəcəyini vurğulayıb.

Hikmət Hacıyev sanksiyalar məsələsində rəsmi Bakının ayıq-sayıq olduğunu bildirib və Azərbaycanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı iddiaları təkzib edib.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət həcmi də 2022-ci ildən bəri ciddi şəkildə artmayıb.

Hikmət Hacıyev Ermənistanın Rusiya ilə ticarət həcminin artmasına diqqət çəkib və bu ticarətin yeni sənayə məhsullarına əsaslanmadığını və “yenidən ixrac edilmə” olduğunu vurğulayıb.

“Ermənistan “Mersedes” və ya “Əpl” istehsal etmək qabiliyyətində deyil”, - Prezidentin köməkçisi qeyd edib.

Tarix
2025.12.01 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla