Yuxarı

Rusların böyük hücumunu İlon Mask məhv etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusların böyük hücumunu İlon Mask məhv etdi

Rusiya 2026-cı il üçün dəniz dronlarının genişmiqyaslı istifadəsini nəzərdə tutan böyük kampaniya planlaşdırmışdı. Lakin ilin əvvəlində “SpeysX” Kiyevin xahişi ilə ruslar üçün “Starlink” peyk rabitəsini blokladıqdan sonra bu planlar pozulub.

Axar.az xəbər verir ki, bu barədə rabitə sistemləri üzrə ekspert, Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əlində dəniz dronlarının effektivliyini gördükdən dərhal sonra onları kopyalamağa çalışıb:

“Ötən ilin yayına qədər rusların artıq işlək nümunələri yaranıb və avqust ayında düşmən Dunay deltası yaxınlığında “Simferopol” gəmisinə uğurlu hücum həyata keçirib. Bundan əlavə, Rusiya dəniz dronları Ukrayna sahilləri boyunca yerləşən obyektlərə qarşı başqa hücumlar da həyata keçirib.

Məhz 2026-cı il düşmənin ekipajsız katerlərdən kütləvi istifadə ili olmalı idi. Ancaq 2026-cı ilin əvvəlində “Starlink”in söndürülməsi bütün planları alt-üst etdi”.

Beskrestnovun iddiasına görə, Rusiya dəniz dronlarını öz istehsalı rabitə sistemi ilə təmin edə bilməyib:

“Texniki məhdudiyyətlər səbəbindən bu variantların bir qismi ümumiyyətlə işləməyib, digərləri isə həddindən artıq etibarsız və əlverişsiz olub.

Nəticədə məlum olub ki, Ukrayna sahilləri yaxınlığında dəniz dronları üçün yeganə effektiv rabitə kanalı
“Starlink” terminallarıdır. Lakin indi rusların bu texnologiyaya çıxışı yoxdur”.

Tarix
2026.05.10 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla