Yuxarı

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah arzularımı çatdırım.

Əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməyə, həmçinin təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığı genişləndirməyə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəyik.

Dünyanın üzləşdiyi geosiyasi çətinliklər dövründə beynəlxalq təşkilatlarda iştirakımızla qlobal sülhə və sabitliyə birgə töhfə verəcəyimizə qəti şəkildə inanıram.

Zati-aliləri, bu inamla və Sizin ölkəmizə səfər etməyiniz arzusu ilə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - təbrikdə qeyd olunub.

Tarix
2026.06.05 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla