Yuxarı

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir:

"Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir.

Bununla belə yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, Yaxın Şərqdə davam edən münaqişə bütün region üçün təhlükədir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır:

"Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Lakin müəyyən beynəlxalq dairələr ölkəmizin imicinə zərbə vurmaq və qonşuları ilə münasibətlərinə xələl gətirmək üçün təxribatçı informasiyalar yayırlar. Bugünlərdə CNN beynəlxalq media şirkətinin Azərbaycanla bağlı böhtan, yalan xarakterli məlumat yayması bunun göstəricisidir. CNN - nin guya Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadə etməsi barədə məlumat tamamilə yalandır".

Samir Vəliyev qeyd edib ki, Azərbaycan hər zaman sülh naminə fəaliyyət göstərir:

"Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail - Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar. Eyni zamanda, Azərbaycan üçüncü ölkələrin öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəsinə heç zaman icazə verməyib. Bu gün də Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol vermir.

Onu da qeyd edək ki, İran ətrafında münaqişənin alovlanmasından sonra bu ölkədəki xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi həyata keçirilib. Bu fakt isə ölkəmizin humanitar siyasətinin bariz göstəricisidir. Öz növbəsində, bir çox ölkələr bu fəaliyyətə görə dövlətimizə təşəkkür ediblər.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Milli Məclisin müvafiq komissiyası bəyanat yayaraq CNN media şirkətinə etiraz ediblər. Təbii ki, bu media qurumunun heç bir fakta əsaslanmayan məlumat yayması qəbuledilməzdir və CNN məsələ ilə bağlı təkzib verməlidir".

"Bu tipli qərəzli, yalan addımlarla Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq mümkün deyil" - deputat vurğulayıb.

Tarix
2026.06.06 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla