Axar.az
Yuxarı

Sərksiyan Qarabağdan İrəvana mesaj verdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti qanunsuz səfərini edən Ermənistan prezidenti Serj Sərkisyan Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Daha sonra onlar bir yerdə işğal altındakı ərazilərdə olan hərbi hissələrdən birinə gediblər.

Musavat.com xəbər verir ki, onlar hərbçilərin durumu ilə tanışolub, hərbçi valideynləri ilə görüşüblər, daha sonra isə erməni estrada ulduzlarının konsertinə tamaşa ediblər.

İşğalçı ölkənin prezidenti bu davranışları ilə həm Azərbaycanı təxribata çəkmək, seçki ərəfəsində cəbhədə gərginlik yaradıb nəticələri hakim partiyanın xeyrinə saxtalaşdırmaq istəyir, həm də özünü “arxayın” göstərməklə elektoratın dəstəyini qazanmaq istəyir. Qarabağdakı ordu hissələri ilə bir araya gələn Sərksiyan həm də Ermənistandakı rəqiblərinə “Qarabağ klanı”nın təmsilçisi olduğu barədə mesaj verir.

İkibaşlı oyun oynayan S.Sərkisyan Xankəndi şəhərinə getməzdən əvvəl İrəvanda Ermənistanın keçmiş baş naziri Andranik Marqaryanın abidəsini başının dəstəsi ilə ziyarət etməklə də “Ermənistan klanı” rəğbətini qazanmağa çalışıb. Mərasimdə baş nazir Karen Karapetyan və spiker Qalust Saakyan, həmçinin hakim Respublikaçılar partiyasının təmsilçilərinin də iştirak etməsi ziyarətin seçki təbliğatına xidmət etdiyini təsdiqləyir. Özü də S.Sərkisyan bu ziyarətə və daha sonra Xankəndiyə hərbi geyimdə gedib. Deməli, bununla cani prezident savaşı seçdiyini də nümayiş etdirməyə çalışıb. Özü də o, bu savaşı təkcə Azərbaycanla deyil, həm də Ermənistandakı rəqibləri ilə aparmağa hazır olduğu mesajını vermək istəyib. Hakimiyyət uğrunda qan tökməkdən heç vaxt çəkinməyən Sərkisyan şübhəsiz ki, bununla 2 apreldə onu devirmək istəyənlərə məhz Qarabağdan, vaxtilə vətəndaşı olduğu ölkənin ərazisindən xəbərdarlıq edib ki, hakimiyyətinə qarşı təhlükə olsa, Qarabağdakı erməni ordusu onun arxasında olacaq.

Yeri gəlmişkən, bu, həmin Marqaryandır ki, erməni əhalisinin işğal altındakı Dağlıq Qarabağ ərazisinə kütləvi şəkildə köçürülməsi barədə qərar məhz onun hökumət başçısı olduğu dövrdə - 2003-cü il - prioritet elan olunub. Bundan sonra işğalçı ölkə qeyri-qanuni məskunlaşmaya xüsusi diqqət ayırdı və ilk olaraq 120 erməni ailəsini, daha sonralar isə Suriyadan gəlmiş terrorçuları ərazilərimizə yerləşdirməyə başladı. Demək, Serj Sərkisyan sələfi Robert Köçəryanın baş nazirini elə-belə xatırlamır. Təbii ki, burada Qarabağ amili önəmlidir, Ermənistan prezidenti demək istəyir ki, dinc yolla Qarabağın bir daşını belə qaytarmaq niyyətində deyil, necə ki, Marqaryan ermənilərin kütləvi köçünü ora təşkil etməklə sonrakı hakimiyyətə vəsiyyətini etmiş olub. Bu, həm də o deməkdir ki, Xocalı canisi Sərksiyanın nə zamansa konstruktiv mövqe sərgiləyəcəyini gözləməyə dəyməz. Bu, o Sərkisyandır ki, “Qarabağ məsələsini biz həll etdik, Ağrı məsələsi sizə qaldı”-deyə, erməni gəncliyinə müraciət etmişdi. Təbii ki, bundan sonra Azərbaycan prezidentinin belə bir xəstə təfəkkürlü biri ilə görüş keçirib həll yolundan danışması vaxtın boşuna sərf olunması olardı...

Bu cani istəyir ki, həmin gün ermənilər hansısa aksiya keçirib onu lənətləməsin, başları seçki qutularına qarışsın. Necə ki, martın 1-də Ermənistandakı 2008-ci il qanlı hadisələrinin ildönümü tədbirləri keçiriləcəkdi, Sərkisyanın işarəsi ilə Qarabağ cəbhəsində təxribatlar başladı, qarşılıqlı itkilər oldu və 9 il əvvəl İrəvan küçələrində öldürülən 10 erməni yaddan çıxdı.

Elə S.Sərkisyanın Xankəndi səfərində də əsas məqsəd 2 aprel seçkiləridir. Əks təqdirdə o, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvana səfərindən bir gün qabaq belə təxribatçı addıma getməkdən çəkinərdi.

Tarix
2017.03.25 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qətər XİN başçısı Azərbaycana gəlir

Yalnız öz vəsaitimiz hesabına bu işləri görəcəyik

Prezident elan etdi: Beş kəndi birləşdirən bu layihə...

Füzuli Hava Limanı Qarabağın hava qapısıdır - Prezident

Bu, bəlkə də dünya tarixində olmamışdı – İlham Əliyev

İlham Əliyev sərəncam imzaladı

Füzuliyə 100 min mina basdırılıb – İlham Əliyev

Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib

Prezident: Bütün dünyaya sübut etdik ki...

Bakı və Tiflis arasında nümunəvi əlaqələr... - Darsaliya

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla