Yuxarı

İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması – Keçmiş nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması – Keçmiş nazir

Ermənistanda Qarabağ savaşına Rusiyanın müdaxilə edə bilməyəcəyi ilə bağlı növbəti etiraf səsləndirilib.

Axar.az xəbər verir ki, bu dəfəki etirafın müəllifi Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan olub. İrəvanda jurnalistlərə açıqlama verən eks-nazir cəmiyyətdə Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunun yanlış qəbul edildiyini bildirib:

“Qarabağdakı situasiyaya KTMT-nin müdaxilə etmək səlahiyyəti yoxdur. KTMT yalnız ölkəyə birbaşa aqressiya olacağı və ya Ermənistandan sorğu daxil olacağı halda situasiyaya müdaxilə edilə bilər. Rusiya regionda gərginliyin artırılmasında maraqlı deyil”.

Moskvanın Azərbaycana silah satmasından danışan eks-nazir İrəvanın “İsgəndər”lərə görə Rusiyaya minnətdar olmalı olduğunu deyib:

“Balansdan danışanda söhbət təkcə saydan getmir. Rusiya silah satışından imtina etməyəcək. Bu ki uşaq bağçası deyil! Bu, strateji maraqlardır”.

Qeyd edək ki, bundan öncə Rusiyanın rəsmi nümayəndələri KTMT-nin Qarabağdakı konfliktə müdaxilə etmək haqqının olmadığını desələr də, Ermənistanın siyasi elitası bu açıqlama ilə barışmayıb.

KTMT hazırda 6 ölkədən ibarət təşkilatdır. Buraya Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

Tarix
2018.04.04 / 13:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla