Yuxarı

İsrail Ermənistana silah verməyəcək - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Ermənistana silah verməyəcək - Səbəb

Əlbəttə ki, Ermənistan İsraildən silah almaq istəyir. Azərbaycan artıq uzun illərdir İsraildən yalnız hücum silahları deyil, eyni zamanda müdafiə təyinatlı silahlar alır. Bu gün Azərbaycan ordusu Ermənistan ordusundan həm əhval-ruhiyyə, həm texniki təminat, həmdə gözlənilməz təxribatlar zamanı əhalisini qorumaq imkanları baxımından birbaşa üstündür. Bununla yanaşı birdən Azərbaycan güc istifadə etmək istəsə, Ermənistanın qarşı duracağı bir şeyi yoxdur. Bir neçə il bundan əvvəl biz bunu gördük. Ermənistanın qarşı dura bildiyi yeganə şey real müqavimət deyil, dünyanın siyasi liderlərinə hücum idi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın son günlərdə İsraillə münasibətləri yaxşılaşdırmaq cəhdləri barədə danışan İsrailli politoloq, “AzİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

Paşinyan yaxşı başa düşür ki, İsraildən silah almaq və Azərbaycana silah satışını dayandırmaq üçün bir ziyarət kifayət edə bilməz. Əminəm ki, o, geri çəkilməyəcək və var gücü ilə İsraillə münasibətləri yaxşılaşdırmağa, siyasətçi və jurnalistlərin Ermənistana qarşı fikirlərini dəyişməyə çalışacaq”, - ekspert qeyd edib.

Spivakın sözlərinə görə, İsrailin Ermənistana silah satması ehtimalı çox aşağıdır. Bunun tək səbəbi isə yalnız Azərbaycanla İsrail arasındakı sıx münasibətlər deyil:

“Azərbaycan İsrail üçün çox vacibdir. Bunu İsraildə hər kəs başa düşür. Ancaq eyni zamanda İranla da münasibətlər var. İsraildə gözəl başa düşürlər ki, Ermənistana verilmiş istənilən silahın sabah İranın əlinə keçməsi ehtimalı olduqca yüksəkdir. Bu vəziyyət qətiyyən yolverilməzdir”.

Tarix
2019.03.10 / 18:05
Müəllif
Orxan, Zaur
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla