Yuxarı

Nazirdən erməniyə: İşğalla nə qazandınız? - Replika

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən erməniyə: İşğalla nə qazandınız? - Replika

Elmar Məmmədyarov erməni jurnalistinə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?!

Axar.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli qeyd edib. O, ötən gün Azərbaycan XİN baçısı Elmar Məmmədyarovun erməni jurnalistinə verdiyi sualla bağlı bir sıra məqamlara diqqət çəkib:

“Əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı, bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər, indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi.

Ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər münaqişə olmasaydı, bu gün erməni əsilli Azərbaycan vətəndaşları BP-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanacaqdılar.

Bunları nəzərə alsaq, Elmar müəllim düz deyib, bənzər sualı mən də 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə vermişdim və öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini izah etmişdim”.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yubiley toplantısında erməni jurnalistinə “Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?” deyə sual edib.

Tarix
2019.05.15 / 12:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla