Yuxarı

Tiflis İrəvandan niyə imtina etdi? - Gizli müdaxilə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis İrəvandan niyə imtina etdi? - Gizli müdaxilə

Gürcüstan Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili rusiyalı turistlərin ölkə otellərinə çatdırılması zamanı Bakı və Trabzon aeroportlarından istifadə ediləcəyini açıqlayıb. Bununla yanaşı, çarter reyslərinin həyata keçirilməsi də müzakirə olunur və artıq Ukrayna, Qazaxıstan kimi ölkələr buna razılıq veriblər.

Rusiyalı politoloq, konfliktoloq Yevgeni Mixaylov Axar.az-a açıqlamasında bildirib ki, Gürcüstanın rusiyalı turistlərin daşınmasında İrəvanın xidmətlərindən imtina etməsi mübahisəli addımdır.

“Gürcülər Rusiyadan turist axınını saxlamaq istəyirlər, lakin İrəvanın xidmətlərindən imtina etməklə, Moskva ilə əməkdaşlıq edənlərin onların işinə yaramadıqlarını göstərirlər”, - o bildirib.

Ekspert deyib ki, Azərbaycan və Türkiyə də Moskva ilə tərəfdaşlıq əlaqələrini genişləndirir, amma Tiflis məhz İrəvandan imtina edir:

“Fikrimcə, bunun çox sadə səbəbi var. İrəvanı növbəti dəfə amerikalıların əli ilə Rusiyayla münasibətləri soyutmağa itələyirlər. Belə ki, ölkədə qeyri-sabit vəziyyət hökm sürür və Ermənistana bir daha Moskvaya görə gəlirlərini itirməsini xatırlatmaq pis olmaz.

Hesab edirəm ki, Gürcüstan ermənilərinin Cavaxetiyaya xüsusi statusun verilməsi ilə bağlı çıxışları da gürcü hakimiyyətinin rusiyalı turistlərin İrəvandan daşınmaması ilə bağlı qərarına təsir göstərə bilər”.

Y.Mixaylovun sözlərinə görə, Azərbaycan və Türkiyəni rusiyalı turistlərin şantajı ilə ələ almaq olmaz:

“Azərbaycan və Türkiyə iqtisadi və siyasi cəhətdən stabil ölkələrdir, gürcülərin rusiyalı turistlərin daşınması ilə bağlı qərarının onlara heç bir təsiri olmayacaq. Bundan əlavə, Tiflis bütün bu tranziti həm Bakı, həm də Trabzonla məhdudlaşdırmaqla risk edir. Belə ki, bu ölkələrdə turizm xidməti rusiyalılara nifrət bəsləyən Gürcüstandakından geri qalmır, bəlkə də daha yaxşıdır”.

Tarix
2019.06.27 / 17:02
Müəllif
Zaur, Seymur
Digər xəbərlər

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla