Yuxarı

İlham Əliyev 101 nömrəli tam orta məktəbdə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Səidə Məmmədova görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat veriblər.

Bildirildi ki, 101 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. O zaman 400 şagird yerlik üçmərtəbəli korpus istifadəyə verilib. 1960-cı ildə isə 4 sinifdən ibarət yardımçı korpus tikilib. 2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur.

Diqqətə çatdırıldı ki, məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Məlumat verildi ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.

Məktəbin həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

Dövlət başçısı İlham Əliyev məktəbin direktoru Səidə Məmmədova ilə söhbət edib.

Qeyd edək ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Tarix
2019.09.12 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla