Yuxarı

Prezident fərmanı: Azərbaycana yeni səfir təyin edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident fərmanı: Azərbaycana yeni səfir təyin edildi

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.

Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.

S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, rus və ingilis dillərində sərbəst danışır. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.

Tarix
2019.09.30 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla