Yuxarı

Moskva ilə Bakı arasında 5 yol xəritəsi: nəticələr...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva ilə Bakı arasında 5 yol xəritəsi: nəticələr...

Rusiya ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi və humanitar sahələr üzrə öz inkişaf dinamikasını qoruyub saxlayır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsini şərh edərkən deyib. O, ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanla Rusiyanın beynəlxalq miqyasda bir-birlərini dəstəklədiklərini və dostluqlarını nümayiş etdirdiklərini söyləyib:

“İqtisadi sahə üzrə Rusiya ilə Azərbaycan arasında 5 strateji yol xəritəsi imzalanıb. Bu yol xəritələrində göstərilmiş hədəflərin icrası Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin inkişafına dair yeni mərhələ açıb. Bu ilin 8 ayı ərzində Azərbaycanla Rusiya arasında gedən ticarət dövriyyəsi 3 milyard dollara yaxınlaşıb. Rusiyanın bu gün Azərbaycanda 700-ə yaxın şirkəti sərmayə yatırıb və qoyulan sərmayələrin həcmi 6 milyard dollara çatıb. Azərbaycan da öz növbəsində Rusiyaya 1.3 milyard dollardan artıq sərmayə yatırıb. Bu baxımdan diqqət yetirəndə iki ölkə arasındakı əlaqələrin perspektiv imkanları daha da genişdir. Rusiya həm də Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac edildiyi əsas bazardır. Strateji yol xəritələrinin icrası, Rusiyada Azərbaycan nümayəndəliklərin açılması və s. iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi imkanlarını genişləndirir”.

Azər Badamov Prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması barədə dediklərinə də münsibət bildirib:

“Prezident çox düzgün qeyd etdi ki, BMT-nin Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 4 qətnaməsi üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də icra olunmayıb. Bu qətnamələrin icra edilməsi istiqamətində təəssüf ki, heç bir addım atılmayıb. Bütün bunlar onu deməyə imkan verir ki, beynəlxalq normalar ayrı-ayrı ölkələrə münasibətdə heç də eyni qaydada tətbiq olunmur. Bu da belə problemlərin həllini tapmamasına və regionda sabitliyin təmin olunmamasına gətirib çıxarır”.

Tarix
2019.10.07 / 16:32
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla