Yuxarı

Əliyev İrəvanın siyasi məkrini ifşa etdi - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev İrəvanın siyasi məkrini ifşa etdi - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin iç üzünü açaraq, onu MDB dövlət başçılarının gözü qarşısında növbəti dəfə ifşa etdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin nitqini şərh edərkən deyib. O bildirib ki, ölkə başçısı əvvəlki hakimiyyətin İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoymasını kəskin şəkildə pislədi və tarixi faktları ortaya qoydu:

“Həmçinin, ölkə başçısı II Dünya müharibəsində Azərbaycanın müstəsna rolunu və qələbənin əldə olunmasında göstərdiyi səyi bir daha vurğuladı. Bu xidmətlərin içərisində təkcə Azərbaycan hərbiçilərinin göstərdiyi qəhrəmanlıq deyil, eyni zamanda, Bakı neftinin müharibədə qələbənin əldə olunmasında böyük önəm daşıdığını xüsusi bildirdi.

Bütün bunlara cavab olaraq isə Paşinyan özünü çox gülünc vəziyyətə saldı. Ermənistanın baş naziri tarixi məlumatlardan uzaq, intellektual səviyyəsinin həddən artıq aşağı və düşüncələrinin yalnız erməni yalanları üzərində qurulan bir siyasətçi olduğunu ortaya qoydu”.

Politoloq bildirib ki, Paşinyanın Azərbaycan Prezidentinə cavab olaraq səsləndirdiyi arqumentləri çox gülünc idi:

“Ermənistan baş naziri Njdenin guya türk işğalına qarşı mübarizə apardığını söyləmə çalışırdı. Hansı ki, ermənilər 700 il Osmanlı dövlətinin tərkibində yaşayıblar və onların dövləti olmayıb. Onlara Osmanlının süqutundan sonra, Azərbaycan torpaqları hesabına dövlət yaradıldı. Bu proseslərlə də Nijdenin yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma Paşinyan yenə göz önündə olan tarixi faktları həyasızcasına təhrif etməyə çalışırdı. Lakin onun bu niyyəti Azərbaycan Prezidenti tərəfindən çox böyük ustalıqla ifşa olundu. Hesab edirəm ki, ölkə başçısının səsləndirdiyi tarixi faktlar təkcə Paşinyana deyil, onun timsalında bütün erməni siyasətinə vurulan sərt sillə idi”.

Tarix
2019.10.12 / 15:34
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla