Yuxarı

Bakı heç bir hərbi blokda yoxdur – Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı heç bir hərbi blokda yoxdur – Nazir

Azərbaycan bu ildən etibarən 3 il müddətinə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür. Sammitdə Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son 3 ildə uğurlu sədrliyə görə Venesuela hökumətinə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, ölkəmiz sədrliyi dövründə qurumun dəstəklədiyi Bandunq prinsiplərinin həyata keçirilməsini təşviq edəcək.

Axar.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Xarici İşlər Nazirləri Şurasının iclasının açılış mərasimində çıxış edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatı yarandığı 1961-ci ildən bu günədək dünyada sülh və təhlükəsizliyin təminatında fundamental rol oynamaqdadır. Hazırkı beynəlxalq geosiyasi situasiyada qurumun qarşısında vacib vəzifələr var.

Nazir əlavə edib ki, Azərbaycan heç bir hərbi blokda iştirak etməyən ölkədir.

XİN başçısının sözlərinə görə, rəsmi Bakının sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri arasında əməkdaşlığa xüsusi önəm veriləcək:

“İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək. Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

E.Məmmədyarov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini deyib:

“Bu, ümumilikdə regional təhlükəsizliyə təhdiddir. Münaqişə başlayandan hərbi əməliyyatlar yalnız Azərbaycan ərazisində həyata keçirilib. Bundan isə dinc insanlar əziyyət çəkib və infrastruktur dağıdılıb. Nəticədə bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Qoşulmama Hərəkatına təşəkkür edirəm”.

Tarix
2019.10.23 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla