Yuxarı

Paşinyan Bakını şərləməyə başladı: Savaş başlasa... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Bakını şərləməyə başladı: Savaş başlasa... - Video

11:56

Ermənistanın təhlükəsizliyi üçün əsas problem Qarabağ konfliktidir. Belə ki, hərbi eskalasiya bütün region üçün fəlakətlə nəticələnəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda çıxışı zamanı deyib. O, Qarabağ konfliktinin həllinin Ermənistan, Qarabağ və Azərbaycan üçün qəbuledilən olması gərəkdiyini, konfliktin kompromissiz həll edilə bilməyəcəyini bildirib:

“Azərbaycan hakimiyyəti bilməlidir ki, sülh danışıqlarına alternativ yoxdur. Ermənistan və Qarabağla təhdid dilində danışmaq mənasızdır. Bu yol heç yana aparmır”.

Paşinyan Qarabağda müharibə başlayacağı halda guya Azərbaycanın başqa ölkələrdə mövqe itirən və öz əməliyyatlarını genişləndirmək üçün yeni ərazilər axtaran terrorçular üçün plasdarm ola biləcəyi yalanını da irəli sürüb. Görünür, Azərbaycanın nəzarətində olmayan işğal altındakı Qarabağda terrorçuların yerləşdirildiyi və yetişdirildiyi barədə ittihamları “qabaqlamaq” istəyib.

Qeyd edək ki, bu, Paşinyan tərəfindən səsləndirilən ilk belə bəyanat deyil. Bundan öncə də o, Rusiya KİV-lərinə müsahibəsində oxşar fikirlər söyləmişdi.

Tarix
2019.11.21 / 15:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla