Yuxarı

Məmmədyarov və Çavuşoğlu Tiflisdə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov və Çavuşoğlu Tiflisdə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tiflisdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd etdilər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar və 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin əhəmiyyətini qeyd etdilər. Eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə vurğuladılar.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barədə geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi bildirildi.

Görüşdə Azərbaycan, Gürcüstan, Türkiyə arasında üçtərəfli formatda və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Tarix
2019.12.23 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyev Makronu təbrik etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlərin təkbətək görüşü oldu

Prezident Peter Pelleqrinini Şuşada qarşıladı

Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla