Yuxarı

Polad Bülbüloğlu Britaniya səfiri ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğlu Britaniya səfiri ilə görüşdü - Foto

Yanvarın 14-də Azərbaycanın Rusiyadakı səfiri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnerti ilə görüşüb.

Axar.az xəbər verir ki, həmkarını Rusiyaya təyinat alması münasibətilə təbrik edən Azərbaycanın səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, Rusiyada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumundan söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvasından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən diplomat, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə, o, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının əhəmiyyətini qeyd edib, dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2020.01.14 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla