Yuxarı

İrəvanın “ton”u aşağı düşdü: Danışıqlara hazırdır - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənistan və Azərbaycan münaqişənin tərəfləri olsa da, danışıqlar masasında eyni ola bilməz. Çünki işğalçı və işğala məruz qalan bir ölkəni eyni qiymətləndirmək yanlışdır. Ermənistan bu reallığı unutmamalıdır. Bizim üçün torpaqlarımızın işğalı münaqişənin istənilən mərhələsinin əsas prioriteti olaraq qalır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında çıxışı zamanı verdiyi bəyanat haqqında danışarkən deyib. Politoloq vurğulayıb ki, Mnatsakanyanın bəyanatı bundan öncəki bəyanatlardan fərqli idi:

“Mnatsakanyan 10-15 gün öncə qeyd etmişdi ki, torpaqların geri qaytarılmasından söz belə gedə bilməz. Lakin indiki bəyanatında “Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planın reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır” deyir. Mnatsakanyanın bu bəyanatını Ermənistanın danışıqlara hazır olması kimi qiymətləndirmək olar”.

Q.Hüseynli bildirib ki, Ermənistan danışıqlar prosesində işğal faktını nəzərə almadan davranır:

“Ermənistan təkliflərində səmimi deyil. Çünki Ermənistanın danışıqlar prosesində konkret mövqeyi işğalçı ilə işğala məruz qalan bir dövləti eyni mərtəbədən qiymətləndirməkdir. Halbuki bu, mümkün deyil. Azərbaycan işğala məruz qalan ölkədir. Bu, danışıqların ilkin, dayişməz faktıdır. Ermənistan dəfələrlə beynəlxalq hüquqdan danışıb, “xalqların öz müqəddaratını həll etməsi”ni vurğulayır. Azərbaycan bu hüququ danmır və qəbul edir. Azərbaycan Prezidenti də hər dəfə bu məsələyə toxunaraq deyib ki, biz Ermənistan xalqının öz müqəddaratını təyin etməsinə hörmətlə yanaşırıq. Bu artıq bir dəfə olub və Ermənistan dövləti bu hüququn məntiqi yekunudur. Lakin Azərbaycan torpağında ikinci bir erməni dövləti qəbuledilməzdir. Ermənistan tərəfi bu qədər beynəlxalq hüquqdan danışdığı halda özü beynəlxalq hüququn şərtlərini kobudca pozmaqdadır. Mövcud münaqişə və Ermənistan tərəfinin mövqeyi bunun bariz sübutudur”.

Q.Hüseynlinin sözlərinə görə, Mnatsakanyanın bəyatanındakı ritorikaların yumşalmasında Rusiya faktoru var:

“Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik müzakirələrin intensivliyi müşahidə olunur. Xüsusilə də Rusiya XİN rəhbəri Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı mövqeyindən sonra Ermənistanın sərt ritorikası buna misal ola bilər. Lavrovun təklifindən sonra İrəvanın reaksiyası adekvat deyildi. Lakin hazırda biz Mnatsakanyanın daha mülayim fonda bəyanatının şahidi oluruq. Aydın məsələdir ki, Mnatsakanyanın danışıq tərzinin dəyişməsində Rusiya faktoru var. Çünki əslində Lavrovun bu bəyanatı həm də Ermənistana bir ultimatum idi. Faktiki olaraq Rusiya olmasa və iki ölkə təkbətək qalsa, bunun Ermənistan üçün nəticəsi ağır olacaq. Bunu Ermənistan da bilir. Düşünürəm, sadəcə, Rusiya yenidən bu reallığı Ermənistana xatırladıb ki, Mnatsakanyan bəyanatındakı sərt ritorikanı mülayimləşdirib”.

Tarix
2020.05.05 / 11:27
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla