Yuxarı

İlham Əliyev Nazarbayevə zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Nazarbayevə zəng etdi

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Nursultan Nazarbayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyev Nursultan Nazarbayevin müstəqil Qazaxıstan Respublikasının quruculuğunda müstəsna rolunu qeyd edərək, məhz onun yorulmaz səyləri nəticəsində Qazaxıstanın böyük inkişaf yolu keçdiyini, xalqın rifah halının təmin edilməsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında mövcud olmuş dostluq münasibətlərinin ikitərəfli əlaqələrimizin qurulmasında mühüm rol oynadığını bildirib. Eyni zamanda, Prezident İlham Əliyev Nursultan Nazarbayevin türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfələri də yüksək qiymətləndirib.

Nursultan Nazarbayev göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Tarix
2020.07.06 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla