Yuxarı

Bu düşmənə qalib gələcəyik – Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Asiya Parlament Assambleyasındakı (AРA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva təşkilatın COVİD-19 pandemiyasına həsr olunmuş konfransında virusla mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb.

Axar.az xəbər verir ki, konfransın açılışında hazırda təşkilata sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bakir Qalibaf, Türkiyənin AРA-dakı nümayəndə heyətinin rəhbəri xanım Asuman Ərdoğan və üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək, COVİD-19-a qarşı mübarizənin güclənməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Paşayeva çıxışında bir çox vacib məqamlara toxunub:

”Hörmətli həmkarlar, COVİD-19 pandemiyasına qarşı ölkələrinizdə davamlı mübarizə aparılması çox təqdirəlayiqdir. Dünyanı cənginə alan bu virusa qarşı mübarizədə sizə dəstək olduğumuzu və sizinlə həmrəy olduğumuzu bildiririk. Özümün və Azərbaycan Respublikasının Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri adından vəfat edənlərin ailələrinə və yaxınlarına başsağlığı verir və pandemiyadan əziyyət çəkənlərin tezliklə sağalmasını diləyirəm. APА-nın üzv ölkələri tərəfindən görülən tədbirlərin təsirli olduğuna və “görünməz düşmən” üzərində qələbəni tezliklə təmin edəcəyinə inanıram”.

Deputat bildirib ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və zəruri tədbirlər görüb:

“Prezident İlham Əliyevin ilin əvvəlində verdiyi sərəncamdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Pandemiya zamanı bizim üçün əsas prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsidir. Koronavirusun mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında Prezident Fərmanı imzalanıb. Tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVİD-19 qarşı birlikdəyik” adlı Zirvə toplantısına dünyanın müxtəlif ölkələrindən 40-dan çox yüksək vəzifəli şəxs qatıldı. Yüksək səviyyəli görüşdə Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə edilən səylərə toxunuldu və beynəlxalq əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsi aparmaqla, ən yaxşı təcrübələri tətbiq etməklə pandemiyanı məğlub etməyin mümkünlüyü ifadə edildi. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı keçirildi. Bu Sammit, həmçinin üzv ölkələrdə COVİD-19-u məğlub etmək üçün davam edən səylərə həsr olunmuşdu. Türk Şurası COVİD-19-la bağlı ilk onlayn konfrans keçirən təşkilat oldu. Dövlət başçıları arasında fikir mübadiləsi bu təşkilat daxilində səmərəli əməkdaşlığa yaxşı bir yol açdı. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdüyünü söyləyən Qənirə Paşayeva 130-dan çox ölkənin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəklədiyini ifadə edib:

“Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, tibbi maskalar və digər zəruri avadanlıqlar göndərərək humanitar yardım edib. Azərbaycan koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları və Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün isə əlavə 5 milyon ABŞ dolları məbləğində yardım edib”.

Azərbaycan Milli Məclisinin səylərindən bəhs edən deputat COVİD-19 pandemiyasının başlamasından bu günə qədər parlamentin 20 plenar iclasının keçirildiyini və pandemiyanın nəticələrini yüngülləşdirmək üçün bir sıra təcili qərarların qəbul edildiyini söyləyib.

“Bu çətin dövrdə Heydər Əliyev Fondu dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək məqsədilə bir çox sosial aksiyalara başlayıb. Bundan əlavə, Fond pandemiyanın aradan qaldırılması üçün ÜST ilə nümunəvi əməkdaşlıq nümayiş etdirir. Qlobal COVİD-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərir. Bu həlledici dövrdə əməkdaşlığın zəruri olduğuna dərindən inanırıq. Virusla mübarizədə qazanılan təcrübə, məlumat və elmi bilikləri bölüşmək və ehtiyacı olan ölkələrə yardım göstərmək vacibdir. Yalnız qarşılıqlı dəstək, özünü qoruma və birgə səylərlə COVİD-19-a qalib gələ bilərik. Biz birlikdə işləməklə böyük hədəflərə xidmət edən dövlətlər olduğumuzu nümayiş etdirməliyik. COVİD-19 pandemiyasının hələ də davam etməsi, bununla bağlı bu gərgin dövrlərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bir daha göstərir. Biz inanırıq ki, bugünkü müzakirələr COVİD-19-la mübarizədə beynəlxalq səylərin daha da gücləndirilməsinə öz müsbət töhfələrini göstərəcək. Mən vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışı indiki vəziyyətdə çox aktualdır. Biz COVİD-19 təhdidinə qarşı səylərimizi birləşdirməklə və beynəlxalq həmrəyliyi gücləndirməklə daha səmərəli mübarizə apara bilərik”, - Q.Paşayeva vurğulayıb.

Bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra bəyanatın geniş müzakirəsi olub, bir sıra təkliflər irəli sürülüb. Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva qəbul ediləcək bəyanatla bağlı bir sıra önəmli təkliflərlə çıxış edib.

Tarix
2020.07.10 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla