Yuxarı

DAK-dan Qarabağ bəyanatı: Geri çəkilməyəcəyik!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 21-də Los-Ancelesdə yaşayan ermənilər Azərbaycan Respublikasının Baş Konsulluğunun binası qarşısında təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa edən şüarlar səsləndiriblər.

Axar.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nianın yaydığı birgə bəyanatda bildirilib.

“Həqiqəti görmək və dinləmək gücündə olmayan erməni radikalları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los-Anceles polisi belə onların bu vandalizminin qarşısını ala bilməyib. Azərbaycanlı nümayişçilərə hücum edən ermənilər biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bu kimi hadisələr dünyanın bir çox şəhərlərində baş verib və baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm də xaricdəki erməni diasporu təcavüzkar siyasətin birbaşa ideoloqu və icraçısıdır. Dünya Azərbaycanlıları Konqresi harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyini bəyan edərək, ABŞ-ın Los-Anceles şəhərində, eləcə də digər Avropa ölkələrində erməni diasporunun zorakılıq və vəhşiliyinə görə hüququn tələb etdiyi qəti tədbirlərin görülməsini tələb edir”, - bəyanatda qeyd edilib.

Tarix
2020.07.23 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Moskva Bakjıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?

Azərbaycan bizi yarıyolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla