Yuxarı

Nasaz maşın qəzaya səbəb oldu – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı iş nəticəsində evakuator cəlb olunaraq qəzada iştirak edən avtomobillərin yoldan kənarlaşdırılması işləri görülüb. Nəticədə uzun müddətli nəqliyyat sıxlığının yaranmasının qarşısı alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin müvafiq bəndləri əsas götürülərək təhlükəsizlik qaydalarına riayət edilməlidir. Avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir.

Tarix
2025.07.07 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla