Yuxarı

90 min əsgərin ölümü Ənvər paşanın səhvi idi? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı və Azərbaycan tarixində böyük rol oynamış türk komandan Ənvər Paşanın anım günü (4 avqust) ərəfəsində onunla bağlı ziddiyyətli məsələlər gündəmə gəlib. Bəzi şəxslər onu Sarıqamışda 90 min türk əsgərinin ölümündə, bəziləri isə Osmanlı dövlətini I Dünya müharibəsinə daxil etmək ittiham edir.

Türkiyəli yazıçı və tərcüməçi, sosial elmlər üzrə ekspert Mətin Yıldırım Axar.az-a açıqlamasında bütün bu qaranlıq məqamlara aydınlıq gətirib.

O bildirib ki, Ənvər Paşa ilə bağlı orta məktəb və universitet dərsliklərində olan bəzi cümlələr çox güclü mesajlar ötürür:

“Ənvər Paşanın alman pərəstişkarı olması, Osmanlını I Dünya müharibəsinə qatılmağa vadar etməsi, Sarıqamışda 90 min əsgərin ölümünə səbəb olması, Mustafa Kamalla arasının yaxşı olmaması haqda saysız-hesabsız mənbəyi olmayan iddialara rast gəlmək mümkündür. Bəs, gerçəklər nələrdir?

Osmanlı dövlətinin almanlarla münasibəti 1700-cü illərdə başlayıb. Sultan II Mahmud dövründə isə inkişaf etdirilib. Amma əsas müqavilə Əbdülhəmid xan zamanında bağlanıb. Bu müqaviləyə əsasən, alman silah fabriki və digər silah fabrikləri yaradılıb. Ənvər Paşa birbaşa Almaniya ilə münasibtlər qurmayıb, mövcud olan münasibətləri davam etdirib. Almanlarla əlaqə yaradan Əbdülhəmid xan olub”.

Osmanlı dövlətini I Dünya müharibəsinə Ənvər Paşanın daxil etməsi ilə bağlı danışan ekspert bunları deyib:

“Osmanlı dövlətinin I Dünya müharibəsinə girməmək kimi bir şansı yox idi. Çünki Osmanlı torpaqlarını bölmək istəyirdilər. Ondan əvvəl Rusiya ilə müqavilə təklif edildi, lakin qəbul etmədilər. İngilislərlə müttəfiqlik istənildi, qəbul edilmədi. Fransızlar da bu təklifdən boyun qaçırdılar. Geriyə bircə almanlar qalmışdı. Almanlar o zamanlar zatən bizimlə müttəfiq idilər. Beləliklə Osmanlı dövlətinin I Dünya savaşına girməkdən başqa çarəsi qalmadı”.

Rusiya və Osmanlı imperiyaları arasında müharibə zamanı yaşanmış Sarıqamış faciəsində 90 min türk əsgərinin ölməsi haqda danışan M.Yıldırım bildirib ki, rəsmi sənədlərdə 29 min əsgərin öldüyü yazılıb:

“90 min – xalq arasında deyilən rəqəmdir. Əlbəttə, bu qədər əsgərimizin ölümü bizi sarsıdır. Allah rəhmət eləsin. Ancaq biz İstiqlal savaşında, Çanaqqala savaşında iki yüz minə yaxın insanımızı itirmişik. Əgər o insanların hərəkatı olmasaydı, Qars, Ərzurum, İqdır, Duzluca, Ərdahan kimi bölgələrimizdə tək bir türk belə qalmayacaqdı.

Əgər Sarıqamışda Ənvər Paşa əmr verdiyi gün hərəkətə keçilsəydi, bu qədər şəhidimiz olmayacaqdı. Hafiz Paşa 4 gün o əməliyyatı gecikdirdiyi üçün əsgərlərimiz fırtınaya düşdülər”.

Ekspert Ənvər Paşanın Mustafa Kamal Paşa ilə münasibətinin pis olması iddialarına da münasibət bildirib:

“Bu, şişirdilib. Əlbəttə, bəzən onların fikirləri üst-üstə düşməyə bilərdi. Məsələn, Mustafa Kamal Anadoluda əməliyyata başlayanda Ənvər Paşa Bakıya getməyə çalışdı.

Amma Rusiyanın Mustafa Kamala silah göndərməsi məsələsində Ənvər Paşanın ciddi rolu olub. Hətta o, Leninlə birbaşa görüşərək, bu silahların göndərilməsini təşkil edib. O, Mustafa Kamalla tez-tez məktublaşıb, amma bir-birilərinə qarşı olmayıblar”.

I Dünya müharibəsində Ənvər Paşanın Turan yaratmaq ideyası ilə bağlı danışan ekspert türk dünyasının buna ehtiyacı olduğunu vurğulayıb:

“Şövkət Sürəyya Aydəmirin “Suyu axtaran adam” kitabında Ənvər Paşanın xəyalpərəst olması tənqid edilir. Kitabdakı iddialardan biri də onun turançı olması ilə bağlıdır. Əlbəttə, bu, pis fikir deyil. NATO, AB-də olduğu kimi, türklərin də Turan Birliyi adı altında birləşmək istəyi yanlış deyil. Bu istiqamətdə zatən bir addım atılıb. İndi Turan ordusu var. Ümid edirəm, bu, daha da inkişaf etdiriləcək. Türk dünyasının buna çox ehtiyacı var. Ancaq ona gedən yolda ən böyük əngəllərdən biri ortaq türk əlifbasının olmamasıdır. Əgər bu əngəl aradan qaldırılarsa, Turana gedən yol daha da asanlaşacaq. Turan irqçilik deyil, türklərin siyasi, iqtisadi və hərbi müttəfiqliyinin adıdır”.

Tarix
2020.08.05 / 13:33
Müəllif
Turan Ədalət
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla