Yuxarı

Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq

Rəsmi Kiyev birmənalı olaraq öz mövqeyini bildirdi. “Ukraynanın milli təhlükəsizliyinin strategiyasında” Azərbaycanın strateji tərəfdaş dövlət siyahısına salınması ölkəmizin regionda diplomatik nüfuzu və etibarlı tərəfdaş bir ölkə olduğunu bir daha sübut edir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ukrayna Prezidenti Vladimir Zelinskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 14 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Ukraynanın milli təhlükəsizliyinin strategiyası”nda Azərbaycanın “strateji tərəfdaş dövlət” siyahısına salınması haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq əslində, bir neçə il əvvəl imzalanıb:

“Lakin Ukraynanın daxili problemləri səbəbindən bu əməkdaşlıq istənilən nəticələri vermirdi. Görünür, Zelenski Azərbaycanı da strateji tərəfdaş dövlət siyahısına salaraq, bir necə il öncə imzalanan strateji tərafdaşlığı inkişaf etdirmək istəyir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı sərhəddə insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib, işğalı pisləyib və bəyanatlarda BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 4 qətnaməsini xatırladıb.

Ümumiyyətlə, deyə bilərik ki, bu gün Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər uğurla inkişaf etməkdədir. Hər iki ölkə bu gün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Digər tərəfdən, ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlıq aparılır. Onu da qeyd edim ki, Qara dənizdə karbohidrogen yataqların kəşf edilməsi Ukraynanın da bu sahəyə olan marağını xeyli artırıb. Bu məsələdə isə 100 ildən artıq bir təcrübəyə malik Azərbaycandan yaxşı tərəfdaş ola bilməz”.

Tarix
2020.09.19 / 12:20
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla