Yuxarı

Füzulinin azad edilməsinin əhəmiyyəti... - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şanlı Ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı.

Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il qəvi düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib.

1993-cü il 23 avqust həm də eyni gündə Cəbrayıl şəhərinin işğal olunması tarixi idi.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Cəbrayılın üstündən bu tarix daha erkən - oktyabrın 4-də götürüldü, şəhərimiz azad edildi, daha 23 avqust yoxdur, 4 və 17 oktyabr var...

Əslində çoxdan gözlənilən Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verir. Çünki bu şəhər işğal olunanda deyilirdi ki, Cəbrayıl, Zəngilan və Qubadlı mühasirəyə salınır.

Madam belədir, o halda Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açılır.

Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu.

İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü.

Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb...

Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdığı deyilir.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açır. Onun sözlərinə görə, bu sırada əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi deməkdir.

“Çünki ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzlər. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi. Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.

Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalıdır, ya da orada məhv olacaqlar. Odur ki, Füzulinin azad edilməsinin böyük əhəmiyyəti bundan ibarətdir", - deyə Ü.Cəfərov açıqladı.

Ekspert qeyd etdi ki, Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, indi isə Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq deməkdir:

"Ümumiyyətlə, Füzuli böyük rayondur. Qubadlı və Zəngilan ərazisinə görə Füzulidən balacadır. Düşmən Füzulidə qarnizon yaratmışdı, ətrafları bununla təmin edirdi. İndi o imkanlar olmayacaq".

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etməkdir:

“Ümumiyyətlə, Cəbrayıl rayonu strateji cəhətdən Qarabağın cənub hissəsində yerləşən çox vacib rayonlardan biridir, strateji əhəmiyyətinə görə Füzuli ilə eyni səviyyədədir.

Cəbrayıl rayonu işğal altında olan ərazilərdə cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd rayonu ilə həmsərhəddir.

Bu, onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi sürətli əməliyyat əbəs deyil.

Məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etmək və bu istiqamətdə Azərbaycanın konstitusion qayda-qanunlarının tətbiq olunmasını həyata keçirməkdir".

Tarix
2020.10.20 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla