Yuxarı

Hikmət Hacıyev BİLD nəşrini susdurdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hikmət Hacıyev BİLD nəşrini susdurdu

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına sərt şəkildə cavab verib.

Axar.az xəbər verir ki, Almaniyanın BİLD nəşrinin müxbiri Paul Rozenhaymer öz Tvitter hesabında guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razı olması, daha sonra isə imtina etməsi ilə bağlı paylaşım edib.

“Azərbaycan Prezidenti Qarabağ müharibəsi ilə bağlı BİLD-ə müsahibə verməyə razı olub, lakin sonra qərarından daşınıb. Cənab Prezident, hansı suallardan qorxursunuz? Həm Ermənistanın baş naziri, həm prezidenti BİLD-ə müsahibə verib”, - deyə o yazıb.

Hikmət Hacıyev bu iddialı paylaşıma cavab verib:

“Cənab Rozenhaymer, Azərbaycan hökuməti adından qeyri-peşəkar bəyanatlar verməsəniz yaxşı olar. Mənim Prezidentim “sarı mətbuata” müsahibə verməkdənsə, professional mediaya üstünlük verir!”

Tarix
2020.10.22 / 12:40
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla