Yuxarı

Gürcüstanla münasibətlərimiz mükəmməldir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanla münasibətlərimiz mükəmməldir - Prezident

Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı deyib.

"Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq", - Prezident vurğulayıb.

Tarix
2020.10.24 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar ləğv edildi, azərbaycanlılar köməksiz qaldı - Video

İran səfiri Azərbaycana təşəkkür etdi

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi

İrandan təxliyə edilən Rusiya vətəndaşlarının sayı...

“Traktor” Bakıya səsləndi: Cənubu qorumaq lazımdır!

Xameneinin öldürülməsi bu məqsədin tərkib hissəsidir...

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla