İranda kəşfiyyat zabiti öldürüldü
11:27
| Ana səhifə Planet |
|
İranın Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində əməliyyatlar keçirilib.
Axar.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Məlumata görə, keçirilən əməliyyat nəticəsində dörd qruplaşma ifşa olunub və 15 nəfər həbs edilib. Zahidan, Təftan, Xaş, İranşəhr, Qəsrqənd və Çabahar şəhərlərində saxlanılan şəxslərin İsrail və ABŞ-la əlaqəli olduqları bildirilib.
Adları açıqlanmayan şəxslərdən çox sayda silah-sursat və partlayıcı maddələrin götürüldüyü iddia olunub.
|
Tarix
2026.07.30 / 10:40
|
Müəllif
Axar.az
|