Yuxarı

Erməni lobbiləri ilə bağlılığı olan fransız deputatlar... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni lobbiləri ilə bağlılığı olan fransız deputatlar... - Hacıyev

Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi İrəvanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır.

Axar.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.

İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.

Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.

Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik”, - o qeyd edib.

Tarix
2020.10.25 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla