Axar.az
Yuxarı

30 gündə 166 kənd, 4 şəhər, 3 qəsəbə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ildir danışıqlar yolu ilə bir qarışı belə qaytarılmayan torpaqlarımızın önəmli bir qismi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən 30 gün ərzində azad edildi.

1 ay müddətində Rəşadətli Ordumuz 166 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəkliyi düşməndən təmizləyib, həmçinin düşmənin 2 milyard dollarlıq hərbi texnikasını məhv edib və qənimət kimi götürüb.

Reallıq ondan ibarətdir ki, düşmənin itkiləri qatbaqat çoxdur. Atəşkəs dövründə hərbi ekspertlərin Azərbaycan və Ermənistan ordularını müqayisə edib, ehtimal bir müharibə zamanı kimin qalib olacağı barədə təhlillər aparmasının şahidi olmuşduq. Bu mənada rəsmi İrəvana da Ermənistan ordusunun Azərbaycan Ordusundan zəif olması məlum idi. Lakin bununla belə, rəsmi İrəvan havadarlarının dəstəyilə 30 il ərzində əldə etdiyi təmənnasız silah-sursat, maliyyə yardımı və keçilməz adlanan “Ohanyan səddi” ilə məğlubedilməzlik mifi yaratmışdı.

Arxada qoyduğumuz bu 30 günlük müddətdə Ermənistan ordusunun yenilməzliyi mifi darmadağın edildi. Bu gün cəbhədə Azərbaycan Ordusunun qarşısından qaçan, fürsət düşdükdə məğlubiyyətin acığını mülki şəxslərdən çıxan zəif, aciz, çarəsiz bir Ermənistan ordusu var. Bu ordunun cəbhədə əldə etdiyi ən yaxşı nailiyyət minimum itkilərlə geri çəkilməkdir. Onu da bacarsa...

Bu 30 günlük müddət bir daha göstərir ki, beynəlxaq hüquq sadəcə güc prinsipindən asılıdır. Belə bir gözəl fikir var: “Böyük dövlətlər əvvəlcə istədiyi addımı atır, daha sonra bu addıma uyğun hüquqi maddə tapır (yoxdursa da yaradır). Kiçik dövlətlər isə əvvəlcə hüquqi maddə tapmalıdır, daha sonra ona uyğun addım atmalıdır”.

Dünən Prezident İlham Əliyev də bu fikirləri səsləndirdi: “Hərə bir tərəfdə bir ölkəni bölüşdürür. Kim nə istəyir edir. Heç kim beynəlxalq hüquq saymır. Bizə gələndə hamı hüquqdan danışır. Halbuki biz beynəlxalq hüquq çərçivəsində hərəkət edirik”.

Nə olursa-olsun, istər bundan min il öncə, istər min il sonra: dünya siyasətində güclü olanlar söz sahibi olacaq. Bəli, iqtisadiyyat, mədəniyyət və s. məsələlər də çox vacib məqamlardır. Onlar da çox yüksək səviyyədə inkişaf etməlidir. Ancaq hərbi güc həmişə birinci dərəcəli olacaq.

Bu gün meydanda Prezidentinə, Ali Baş Komandanına, Ordusuna inanan bir Azərbaycan xalqı var.

Bu 30 gün bizə həm də onu göstərdi ki, Ermənistan daxilən çöküb və qorxu bu ölkənin içinə günü-gündən infeksiya kimi yayılır. Baş nazir Nikol Paşinyan təmsil etdiyi xalqı qatıldığı istənilən beynəlxalq tədbirlərdə biabır etməyi bəs deyilmiş kimi, indi də məktəbli uşaqları ön xəttə yeridib, qırdırır. Bir zamanlar onu hakimiyyətə gətirən tərəfdarları belə indi ona qarşı çıxır.

Bəli, Vətən müharibəsinin başlamasından 30 gün ötür. Bu 30 gün 30 ildir dondurulan bir münaqişənin alovlanaraq bütün dünya nizamına təsir etməsi ilə yadda qaldı. Səbirsizliklə qarşıdan gələn qələbə xəbərlərini gözləyirik.

Qarabağ Azərbaycandır!

Tarix
2020.10.28 / 01:04
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bayramov əfqanıstanlı həmkarı ilə danışdı

Bakıya dəstək olan fransız senator detalları açıqladı

Çavuşoğlu və Stoltenberq arasında Qarabağ müzakirəsi

Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat

Vasitəçiyə inam yoxdursa, demək o... – Əhmədov

Paşinyanın getməsini kimlər istəmir? - Ekspert

Fransa Senatında Bakıya dəstək olan yeganə senator danışdı

Ermənilər nəyə və necə hazırlaşır? – Sensasion detallar

Azərbaycana təzyiqlərin miqyası haqda sirlər...

Lukaşenko Lavrovla Qarabağdan danışdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla