Yuxarı

İrəvan niyə bu qədər ağılsızlıq etdi, bilmirəm – Kuper

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyalı hərbi ekspert Tom Kuperin Axar.az-a müsahibəsi:

- Azərbaycan Prezidenti Qubadlı şəhərinin və bir sıra yaşayış məntəqələrinin işğaldan azad edildiyini bəyan edib. Bir neçə gün bundan öncə isə Zəngilan azad edildi və Qarabağın İranla sərhədinə nəzarət bərpa olundu. Sizcə, bu, strateji nöqteyi-nəzərdən nə deməkdir?

- Böyük strategiya nöqteyi-nəzərindən Qubadlının azad edilməsi əvvəllər Ermənistanın nəzarəti altında olan Azərbaycanın bir hissəsinin işğaldan azad edilməsidir. Hərbi baxımdan isə bu addım qərb cinahından Laçına qarşı hücumu təmin etmək üçün vacib idi.

- Ermənistan tərəfinin növbəti raket hücumları nəticəsində iki uşaq qətlə yetirilib, onlardan biri 2007-ci il təvəllüdlü Rusiya vətəndaşıdır. Yaşayış məntəqələrinə artilleriya və raket hücumları davam edir. 4, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərində raket və ağır artilleriya hücumları nəticəsində 10 qadın və 6 uşaq olmaqla, 26 nəfər öldürülüb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də böyük ziyan dəyib. Dövlət başçısı İlham Əliyev bu aktı hərbi cinayət kimi təsnif edib. Şəhərlərin atəşə tutulmasına cavab olaraq Azərbaycan Ermənistanın öz ərazisində raket sistemlərini məhv edib. Sizcə, rəsmi Bakı bu dəfə də belə addım atmalıdır?

- Vaqarşak Arutyunyanın Rusiya televiziyasına müsahibəsində dediyi kimi, ermənilər çaxnaşmanın yayılması məqsədilə, əhalini müharibəyə və ola bilər ki, hökumətə qarşı yönəltmək üçün Azərbaycanın dinc sakinlərinə qəsdən hücum etmək strategiyasından istifadə edirlər. Dinc əhaliyə qəsdən hücum hərbi cinayətdir.

Düşmənin raket sistemlərinin məhv edilməsinə gəlincə, Azərbaycan bunu etmək məcburiyyətindədir. Belə bir zərbə BMT nizamnaməsində özünümüdafiə hüququ kimi ifadə edilir.

- Sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin Azərbaycandakı yaşayış məntəqələrini atəşə tutması nəticəsində 70-ə yaxın mülki şəxs həlak olub, 300-dən çox mülki şəxs yaralanıb, 90 çoxmərtəbəli bina və 2156 fərdi ev dağıdılıb. I Qarabağ müharibəsi zamanı da bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, dağıdıcı, işğalçı siyasətin qurbanı olub. Bu, o zamankı və indiki Ermənistan rəhbərliyinin beynəlxalq tribunala verilməsi üçün yetərlidirmi?

- Nəzəri olaraq, bəli. Azərbaycan hakimiyyəti bu mövzuda fəal olmalı və Ermənistan hakimiyyətinin mühakimə olunmasını tələb etməlidir.

- Rusiyalı mütəxəssislər də daxil olmaqla, ekspertlər rəsmi İrəvanı silahı yerə qoyaraq danışıqlar masasına oturmağa çağırıb. Lakin Paşinyan buna cavab olaraq total səfərbərlik çağırışı edib. Hətta qadın, cinsi azlıq və I Qarabağ müharibəsi veteranlarından ibarət qruplar da təşkil edilir. Bu manyak inadkarlığın səbəbi nədir?

- Ermənistan rəhbərliyində nə baş verdiyini bilmirəm. Yalnız hərbi üstünlükləri və ya Rusiya, ABŞ, AB və s. kimi ölkələrin onları dəstəkləyəcəyinə dair gözləntiləri baxımından yanıldıqlarını təxmin etmək olur. Onu bilirəm ki, Ermənistan hökuməti Azərbaycanla yanaşı, Türkiyəni də təhrik etsə, hər şeyi itirə biləcəyi qənaətinə gəlmək üçün ağlı başında olmalı idi.

Hələ ki, məsələ bu yerə gəlib çatmayıb. Cari ilin sentyabrında erməni eksperti Jirayr Liparityan Ermənistan hökumətini Azərbaycanla danışıqların pozulması və Sevr müqaviləsinin müddəalarının mütləq yerinə yetirilməsinin tələbləri kimi Türkiyəyə qarşı təxribatlara görə kəskin tənqid atəşinə tutub. Bu, Türkiyəyə müharibə elan etməyə bərabər idi. Ərdoğan hökumətinin o zamandan bəri açıq şəkildə Azərbaycanı dəstəkləməsi də təəccüblü deyil. Geriyə baxanda bunun Ermənistan hökumətinin tamamilə ağılsız və məsuliyyətsiz hərəkətinin nəticəsi olduğu aydın olur. Ancaq niyə belə addım atdıqlarını bilmirəm.

Tarix
2020.10.28 / 08:30
Müəllif
Zaur, Xədicə
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla