Yuxarı

Bakının Qarabağ savaşının özəlliyi – Nur-Sultandan baxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan uzun müddət idi ki, ABŞ, Fransa və Rusiyanın sədrlik etdiyi Minsk Qrupunun işində iştirak edərək bu məsələni sülh yolu ilə həll etməyə çalışdı. Ancaq bu qrupun qərarları, BMT Təhlükəsizlik Şurasının qətnamələri kimi, Ermənistan tərəfindən yerinə yetirilmədi. Və bu, iki dövlət arasında fərqli intensivlikdə hərbi əməliyyatlara, əsl müharibəyə gətirib çıxardı. Bu gün Azərbaycan hərbi nöqteyi-nəzərdən böyük nəticələr, hərbi əməliyyatların aparılmasına müasir yanaşma göstərir. Zərbələr əsasən yüksək səviyyəli dəqiq silahlarla həyata keçirilir, bununla da dinc əhali və mülki obyektlərin təhlükəsizliyi təmin edilir.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Hərbi Elmlər Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Muxtar Serkpayev Yutub kanalındakı videoda deyib.

“Azərbaycan ərazilərini işğaldan azad edərək ədalətli müharibə aparır”, - professor bidirib.

Serkpayev Azərbaycan Ordusunun qısa müddətdə möhkəmləndirilmiş ərazilərin müdafiə mövqelərini qırdığını və bununla da hərbi-texniki təchizatda üstünlük nümayiş etdirdiyini qeyd edib:

“Azərbaycan ərazilərini işğalçılardan azad etməyə hazırlaşırdı. Müasir silah və hərbi texnika ilə təchiz edilmiş 100 min nəfərlik kifayət qədər güclü bir ordu hazırlayan Azərbaycan üçün bu illər boş keçməyib. PUA və məqsədli dəqiq zərbələrin meydana çıxması göstərir ki, Azərbaycan təkcə Silahlı Qüvvələrin yenidən təchiz olunması məsələsində deyil, ümumiyyətlə hərbi sənətdə də böyük bir addım atmışdır. Və bu gün dünyanın bir çox dövlətləri, tədqiqat mərkəzləri Azərbaycanda müharibə təcrübəsini öyrənir.

Azərbaycanın öz ərazilərinin azad edilməsi uğrunda gördüyü işlər, zənnimcə, artıq bütün mümkün sülh üsullarından artıq istifadə edildiyini təsdiqləyir. İstərdim ki, bizim dövlətdə də (Qazaxıstan) hərbi-sənaye kompleksinin inkişafı, döyüş əməliyyatlarının yeni metodlara keçməsi barədə düşünsünlər. Qazaxıstan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının ərazisini azad etmək vəzifəsini yerinə yetirməsini dəstəkləyirəm, çünki ərazi bütövlüyünü təmin etmək hər bir dövlətin birbaşa borcdur”.

Tarix
2020.10.28 / 10:07
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla