Yuxarı

İlham Əliyevlə Putin Qarabağı müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevlə Putin Qarabağı müzakirə etdi

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın Baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

Tarix
2020.11.24 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla