Yuxarı

Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim çıxışım müxalifətdə olan partiya sədri kimi mövqeyimdir. Dövlət vəzifəm yoxdur, hökumətdə təmsil olunmuram və bəzi məsələləri daha açıq deyəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

O, əlavə edib ki, ermənilər həyasızcasına çıxdıqları əraziləri yandırdı, dağıtdı, meşələri doğrayıb apardı, hər tərəfi minaladı:

“Biz isə ölkəmizə qarşı edilən güclü beynəlxalq təzyiqlər qarşısında dözüm göstərməyə məcbur edilirik. Hərçənd ki, təcavüzə məruz qalan da, meşələri qırılan da, şəhər və kəndləri xarabazara çevrilən də, köçkünləri min əziyyət yaşayan da bizik”.

R.Nurullayev beynəlxalq qurumlara ritorik suallar ünvanlayıb:

“Evi yandırılan, qəbirləri dağıdılan, məscidlərində donuz görən, dini hissləri təhqir edilən, ailə üzvünü itirən xalqın ermənilərlə birgə yaşamasına Fransa hansı töhfəni verir? Erməniləri yeni müharibəyə sövq edən Fransa və ona bənzər ölkələr separatçı ermənilərin ağzına sümük atır. Belə halda biz necə birgə yaşayaq? Ermənilər Marsel şəhərini “Martsax” elan edib ikinci erməni dövləti yaratsalar, xoşunuza gələr? Öz torpağında 27 il sərasər əzab-əziyyət içində yaşayan, qoyub çıxdıqları şəhər və kəndləri xaraba görən köçkünlərə ermənilərlə birgə yaşamaq mesajını beləmi verirsiniz?”

Millət vəkili qeyd edib ki, bu gün bütün dünyada azərbaycanlılara qarşı nifrət püskürməyən cəmi iki erməni var:

“Biri Rusiyada yaşayan Karen Şahnazarov, biri isə ABŞ-da yaşayan erməni diplomat.

Bu gün Xankəndidə və ətrafında yaşayan ermənilər arasında çoxlu müharibə caniləri, millətimizə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş yaramazlar, hərbi cinayətlərə çağırış edənlər, evləri yandıran, meşəni qıran və mina basdıranlar var. Araik Arutyunyan necə bizim torpaqlarda yaşaya bilər? Canilərin və separatçıların bizim torpaqlarımızda yalnız bir məkanda yaşayış hüququ var - həbsxanalarımızda. Yerdə qalanlar isə Azərbaycan pasportunu alsın, üçrəngli bayrağı öpsün və qanunlara tabe olaraq tərəfini seçsin. Qarşı çıxanlara ən sərt miqrasiya qanunları tətbiq edilməlidir.

Fransa Senatının qətnaməsini pisləyirəm. Bu qərara səs verən hər bir Senat üzvünü şiddətlə qınayıram. Bu tip addımlar dünyada separatizmə yol açır. Fransa hökuməti də inanıram ki, qətnaməni rədd edəcək. Yaşasın birliyimiz. Qarabağ Azərbaycandır”.

Tarix
2020.11.26 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla