Yuxarı

Bakı bunu təkbaşına həyata keçirməyi bacardı – Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bunu təkbaşına həyata keçirməyi bacardı – Səfir

Nəhayət, tarixi ədalət bərpa edildi. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonları azad edildi. Bu, müasir beynəlxalq münasibətlər tarixində misilsiz bir hadisədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Le Courrier de l’Atlas” portalında dərc edilmiş “Dağlıq Qarabağ: beynəlxalq hüquq bərqərar oldu” adlı müsahibəsində deyib.

Səfir qeyd edib ki, ilk dəfə BMT üzvü olan bir ölkə beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı:

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, 28 il ərzində “ölü sənəd” kimi qalmış 4 qətnaməsinin olmasına baxmayaraq, biz qanunu özümüz tətbiq etdik. İndi yeni bir dövr başlayır: işğaldan azad olunmuş ərazilərin yenidən qurulması”.

Müsahibədə Ermənistan tərəfinin münaqişəyə dini don geyindirməyə çalışdığı qeyd edilərək bildirilib ki, ermənilərin münaqişə ilə bağlı tarixi və hüquqi dəlilləri yoxdur:

“Ermənistan din amilindən istifadə edərək Avropa ölkələrində, xüsusilə də Fransada xristianların dəstəyini qazanmaq niyyəti güdür və münaqişəni dinlərarası qarşıdurma kimi təqdim etmək istəyir. Azərbaycan isə hüquqi yola üstünlük verir. BMT Təhlükəsizlik Şurasının, eləcə də bir çox beynəlxalq təşkilatların qətnamə və qərarları ilə təsdiqləndiyi kimi, münaqişənin əsil mahiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasıdır. Bu, siyasi məsələdir”.

Ermənilərin regionda olmasına dair suala cavab verən səfir deyib ki, regionda ermənilərin olması inkar edilmir:

“Regionda azərbaycanlılar, ermənilərlə yanaşı, 48 etnik və dini azlığı təmsil edən xalqların nümayəndələri də olub. Birinci Qarabağ müharibəsi zamanı ermənilər bütün bu dini və etnik azlıqların nümayəndələrini də doğma evlərindən didərgin saldılar. Dini və etnik müxtəlifliyin qorunub saxlanıldığı regionu Ermənistan monoetnik hərbi kazarmaya çevirdi”.

Səfir təəssüflə bildirib ki, bu gün Fransada siyasi və bir çox digər mülahizələrə görə müəyyən təsir dairələri erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur:

“Ən pisi də odur ki, ölkədə həddən artıq müdafiə edilən kommunitarizm beynəlxalq hüquqdan və Fransanın qanunlarından üstün tutulur. Azərbaycan Respublikası isə bizim tərəfimizdə olan beynəlxalq hüququn norma və prinsiplərindən ilhamlanır”.

Tarix
2021.01.01 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla