Yuxarı

Faşistlər Bakı neftinə ona görə can atırdılar ki... - Lukaşenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faşistlər Bakı neftinə ona görə can atırdılar ki... - Lukaşenko

Mən bunları ona görə deyirəm ki, dünən İlham Heydər oğluna da demişəm, Siz bilməlisiniz, belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

“Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb. Bu gün mən açıq etiraf etməliyəm ki, yaxşı mənada heyrətlənmişəm ki, Azərbaycan təkcə, məsələn Böyük Vətən müharibəsi illərində Sovet İttifaqını xilas etmiş çox böyük qaz və neft ehtiyatları demək deyil. Mən tarixdən yaxşı bilirəm. Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar, onda işimiz bitərdi. Lakin sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış. Ona görə bu, çox zəngin, perspektivli ölkədir, onun böyük gələcəyi var”, - Lukaşenko bildirib.

Tarix
2021.04.14 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla