Yuxarı

Prezident elan etdi: Bura tarixi Azərbaycan torpağıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident elan etdi: Bura tarixi Azərbaycan torpağıdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı ölkə Prezidentinin Hacıqabul səfərinə toxunaraq, bildirib ki, bu səfər zamanı əsas məqamlardan biri dövlət başçısının Qarabağın bərpası və məcburi köçkünlərin öz yerlərinə qayıdışı məsələsini birmənalı şəkildə vurğulaması olub.

Axar.az xəbər verir ki, deputat bu səfərin əsas məqamlarından birinin Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməyəcəyini yenidən açıq şəkildə dilə gətirməsi olub.

“Səfərin, xüsusilə, ölkə Prezidentinin müsahibəsinin digər önəmli, başlıca məqamarından biri də Zəngəzurla bağlı məsələnin daha açıq və birmənalı şəkildə dilə gətirilməsi idi. Ölkə Prezidenti bir daha bu məsələyə qayıdaraq, Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və bu torpağın insanlarının, əzəli-əbədi sakinlərinin öz yurdlarına dönəcəyini bəyan etdi. Bu, çox mühüm mesaj və bəyanat idi. Bu, Azərbaycanın haqlı mövqeyinin növbəti bəyan idi”, - Komitə sədri nitqini yekunlaşdırıb.

Tarix
2021.04.23 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla