Yuxarı

Əlimizdə olan erməni “əsirlər”: Onlardan necə istifadə edək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlimizdə olan erməni “əsirlər”: Onlardan necə istifadə edək?

Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Azərbaycanın ermənilərin “əsir” saydığı 3 terrorçunu təhvil verməsi barədə qeyd edib.

O bildirib ki, emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar:

“Halbuki 10 noyabrdan sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Demək, biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Siyasətdə manevr imkanlarımız olmalıdır. Əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik. Eyni zamanda, əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - “təzyiq et, istədiyini al” görüntüsü yaranar”.

Qeyd edək ki, təhvil verilən hər 3 erməninin Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı təsdiq edilməyib.

Tarix
2021.05.04 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla