Yuxarı

Polisi döyən deputat tapıldı və açıqlama yaydı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi döyən deputat tapıldı və açıqlama yaydı

İyulun 28-dən 29-na keçən gecə Xaçmaz rayonundakı “Starıy dvor” restoranında polisi döyən deputat Eldəniz Səlimov bir neçə günlük səssizliyini pozub və açıqlama yayıb.

Axar.az E.Səlimovun açıqlamasını təqdim edir:

“Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var.

Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum.

Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə möhtərəm Prezident cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm.

Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək".

Tarix
2021.08.01 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla