Yuxarı

Qafarova Afinada etiraz etdi: "Dağlıq Qarabağ münaqişəsi"...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Afinaya işgüzar səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib.

Axar.az xəbər verir ki, Azərbaycan parlamentinin sədri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib.

S.Qafarova qeyd edib ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Artıq Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixə qovuşub. Azərbaycan və region üçün yeni mərhələ başlayıb. Bu, bərpa və quruculuq mərhələsidir.

O diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

Tarix
2021.10.22 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla