Axar.az
Yuxarı

XİN: İrəvan ittiham etməkdənsə, günahlarını etiraf etsin!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan XİN-in guya Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiası Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırım, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Təəssüflə qeyd etməliyik ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir.

Azərbaycanda ermənilərin “poqromları” adlandırılan uydurma iddiaya gəldikdə, istintaq materialları, eləcə də bir sıra beynəlxalq müstəqil qurumların təkzibedilməz müşahidələri sübut edir ki, əslində bu, Azərbaycan xalqının müstəqilliyi və suverenliyi uğrunda artan mübarizə şəraitində sovet xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribatçı əməllər idi. Xatırladırıq ki, 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları kütləvi qətl, işgəncə və təqib kampaniyası ilə, etnik azərbaycanlıların sistemli şəkildə hədəfə alınması nəticəsində 250.000-ə yaxın azərbaycanlının Ermənistan SSR-dəki tarixi yerlərindən zorla köçürülməsi ilə müşayiət edilib. Təəssüf ki, bu günədək Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilən bu və digər çoxsaylı cinayətlərə görə heç bir nəfər də məsuliyyətə cəlb edilməyib.

Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc azərbaycanlılara qarşı qırğın törədib və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi.

Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və 30 ilə yaxın davam edən işğalçı siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını onilliklər ərzində kobudcasına pozduqlarını etiraf etməlidir. Etiraf etməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb edilsin, gələcəkdə bu kimi cinayətlər bir daha törədilməsin", - o qeyd edib.

Tarix
2022.01.14 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Vladanka Andreyevanı qəbul etdi

Bayramov Abdullahianla danışdı

İlham Əliyev Tokayevə məktub göndərdi

Rusiya Laçında yol çəkir: kimə, niyə, nə üçün? - Video

Putinin ABŞ-a cavabı necə olacaq? – 3 mümkün ssenari

Rusiya: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası...

Kuba səfirinin diplomatik fəaliyyəti başa çatdı - Foto

NATO Rusiyanın iki tələbini rədd etdi: hazırlıq başladı

Qarabağda ermənilər istehkam qurur: Rusiyanı inandırmalıyıq…

Stiv Kohendən 20 Yanvar faciəsi ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla